- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
O, ölkə rəhbərinə məktub ünvanlamağa hazırlaşır
Azərbaycan çempionatının 61 kq-da son qalibi Cəlal Süleymanov gələn həftə Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə keçiriləcək «Qızıl qran-pri» turnirində iştirak etməməsinə üzülüb. Sərbəst güləşçi allsport.az saytına verdiyi açıqlamada deyib ki, çempion olmasına rəğmən, milli komandanın məşqçilər heyəti onu yığmayadan kənarlaşdırıblar. Səbəbini Cəlal Süleymanov belə izah edib:
«Havadarım olmadığı üçün, nə qitə çempionatına, nə də 1-ci Avropa oyunlarına qatıla bildim. Bu günlərdə ciddi söhbətim oldu. Mən Fövqəladə Hallar Nazirliyinin İdman Klubunu təmsil edirəm. Dedim ki, nazir Kamaləddin Heydərova məktub yazacağam.
Ondan hirslənib məni yığma komandadan qovdular. Gələn həftə paytaxtımızda təşkil olunacaq «Qızıl qran-pri»yə ölkə çempionatında qalib gəldiyim güləşçiləri buraxdılar. Bu haqsızlığa dözə bilmirəm. Ölkə başçısı cənab İlham Əliyevə məktub ünvanlamağı planlaşdırıram».