- Baxış sayı: 190
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Kişi voleybolçular arasında yüksək liqanın IV turuna yekun vurulub.
Allsport.az xəbər verir ki, bu gün “Murov Az Terminal” VK-nın idman zalında keçirilən turun son qarşılaşmasında “Gənclər” komandası “Murov Az Terminal”ın qonağı olub. Oyunun qalibi dörd setdə müəyyən olunub. Ev sahibi 3:1 hesabı ilə “Gənclər” komandasına qalib gəlib.
Turun digər oyunlarında “Ordu” komandası “Azərreyl”i 3:1 hesabı ilə, “Neftçi” isə “Xilasedici”ni 3:0 hesabı ilə məğlub edib.
Yüksək liqa (kişilər)
IV tur
28 noyabr
“Murov Az Terminal” – “Gənclər” 3:1 (25:15, 23:25, 25:15, 25:18)