- Baxış sayı: 28
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç paytaxt klubundan ayrılmasından, bu komandaya və Azərbaycana olan sevgisindən, eləcə də gələcək planlarından danışıb. Allsport.az xəbər verir ki, o, Serbiya mətbuatına müsahibəsində öncə bunları söyləyib:
“Neftçi” barədə danışmaq mənə çətindir. Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya “Mladost”u ilə ilk oyunda azarkeşlər mənim şəklim olan banner asmışdılar və üzərində “Saşa, qayıt” sözlərini yazmışdılar. Bu mənzərəni görəndə ürəyim parçalandı, gözlərim yaşla doldu. Çünki bu insanları çox sevirəm. Onlarla çox gözəl münasibətimiz var idi. Azərbaycanla Serbiya arasında xüsusi münasibət var. “Neftçi” və Azərbaycan xalqı həmişə ürəyimdə yaşayacaq”.
Təcrübəli qolkiperin sözlərinə görə, onun “Neftçi”dən gedişi qaçılmaz olub. Çünki paytaxt klubundakı maliyyə böhranı onu da özünə yeni iş yeri axtarmaq məcburiyyətində qoyub: “Onlar mənə qalmağı təklif etdilər. Amma təklif etdikləri məbləğ buna razılaşmağa imkan vermirdi. Bu üzdən əksər legionerlər klubu tərk etməli oldu. Düzdü, onlardan bəzisi komandada qalmaqdadır. Lakin onlar klubla müqaviləsi olanlar idi”.
Stamenkoviç Moldovanın “Şerif” klubuna keçəcəyi barədə xəbərlərə də münasibət bildirib: “Mən qismətə inanıram. Bilirəm ki, Avropanın ciddi klublarından birində çıxış edə bilərəm. Əsas düzgün bir komanda seçməkdir. Tələsmək fikrim yoxdur. Çünki transfer bazarı yenicə qızışmağa başlayıb”.