- Baxış sayı: 54
- 06 Mart 2026 20:35
- Baxış sayı: 268
- Mart 05, 2026
- 0

Martın 9-dan 15-dək Almaniyanın Berlin və Çex respublikasının Havirov şəhərlərində stolüstü tennis üzrə WTT youth contender turnirləri təşkil olunacaq.
Allsport.az xəbər verir ki, bu yarışlarda gənclərdən ibarət seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi ilə 6 idmançımız qüvvəsini sınayacaq. Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli oğlanların, Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova qızların yarışında mübarizə aparacaq.
Turnirlər U 17, U 15, U 13 və U 11 yaş dərəcələri üzrə keçiriləcək.