- Baxış sayı: 53
- 11 Mart 2026 10:10
- Baxış sayı: 248
- Mart 13, 2026
- 0

Stolüstü tennisçi Əliəkbər Mirzəliyev ilk addımlarını atdığı beynəlxalq arenada etimadı doğrultmaqdadır.
Allsport.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində təşkil olunan “WTT Youth Contender” turnirində U 11 yaş dərəcəsində bürünc mükafata layiq görulən istedadlı idmançı Çex respublikasının ev sahibliyi etdiyi analoji yarışda daha yüksək nəticəyə imza atıb. Havirov şəhərində keçirilən turnirdə finaladək irəliləyən Əliəkbər Mirzəliyev ikinci yeri tutmaqla istedadını bir daha nümayiş etdirib.
Əməkdar məşqçi Ramil Cəfərovun yetirməsi Batumidə qatıldığı ilk “WTT Youth Contender” turnirində də bürünc mükafat qazanmışdı.