Stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatlarının qalibləri

Bakıda stronqmen və “strict curl” (ciddi qıvrım) üzrə Azərbaycan çempionatları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan stronqmen ederasiyasının məlumatına görə, yarışları iki hərəkət və 3 çəki dərəcəsi, “strict curl” yeniyetmələr, gənclər, böyüklər və veteranlar yaş kateqoriyaları üzrə təşkil olunub.

Çempionatda ümumilikdə 70-dən artıq idmançı birincilik uğrunda yarışıb. Stronqmendə 95 kq-da Osman Allahverdiyev 1-ci, Məhərrəm Qəhrəmanov 2-ci olublar. 110 kq-da Nicat Hüseynov Camal Əhmədzadə Bəhruz Ələkbərov ilk üçlükdə yer alıblar. +110 kq-da Orxan Həsənzadə qızıl, Xəyal İsgəndərov gümüş medala yiyələniblər.

“Strict curl” yarışlarında “Open” kateqoriyada Kamal Məmmədov birinci, Sahib Bağırov ikinci, Cəlil Əliyev üçüncü olublar. 13-18 yaş kateqoriyasında Özcan Babazadə, Mehdi Hacızadə, Məhəmmədəli Tağıyev, 19-23 yaşlılar arasında Aman Təhməzli, Kənan Mürsəlov, Bəşarət Şükrullayev, 40 yaşdan yuxarı idmançıların mübarizəsində Finyaz Əlisultanov, Rəhman Qafarov Tural Ağayev ilk üçlükdə qərarlaşıblar. Qadınların yarışında Asiya Həsənova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fəridə Paşayeva yarışı ikinci, Röya Səmədzadə isə üçüncü pillədə başa vurublar.

Qaliblər Azərbaycan stronqmen federasiyası tərəfindən medal, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Həmin kateqoriyadan