Su İdman Sarayı məşqçilər üçün seminar təşkil edir

Aprelin 18-dən başlayaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Su İdman Sarayında Azərbaycanın müxtəlif bölgələrindən olan məşqçilərin kvalifikasiyasının artırılması məqsədi ilə seminarlara başlayıb. Allsport.az saytının məlumatına görə, 3 gün davam edəcək tədbir hər gün səhər saat 11.00-dan 16.00-a dək keçirilir. 
Seminar Böyük Britaniyadan ölkəmizə dəvət olunmuş beynəlxalq səviyyəli məşqçi Devid Hovatson tərəfindən aparılır. Yığıncaqda müxtəlif idman mərkəzlərində fəaliyyət göstərən 35 məşqçi iştirak edir.

Həmin kateqoriyadan