Su polosu üzrə Azərbaycan millisi Gürcüstanla iki heç-heçə etdi

Su polosu idman növü üzrə Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.

Onun sözlərinə görə, Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində toplaşan idmançılarımız gərgin məşqlərdən sonra 2 yoxlama oyunu keçiriblər. Komandamız Gürcüstan milli komandası qarşılaşıb və hər iki oyun heç heçə başa çatıb: 9-9 və 10-10.

Su polosu üzrə milli komandamızın baş məşqçisi Azər Babayevin bildirdiyinə görə qarşılaşmalar çox gərgin və mübarizə şəraitində keçib: “Gürcüstan millisi su polosunda yetərincə öz sözünü demiş bir rəqibdir. Onlarla keçirilən bu yoxlama oyunlarında bir daha oyunçularımızı sınaqdan keçirdik. Təlim məşq toplantısı çərçivəsində daha bir yoxlama oyununu Tiflis şəhərində keçirməyi planlaşdırırıq. Avropa oyunları 2015-in start götürməsinə vaxt qısaldıqca biz daha çox işlər görmək, daha güclü rəqiblərlə idmançılarısınaqdan keçirmək istəyirik. Çalışırıq ki, ölkəmizdə keçiriləcək bu mötəbər yarışlarda Azərbaycanı layıqıncə təmsil edək”.

Məlumat üçün bildirək ki, təlim məşq toplantısı noyabrin 13-dən 23-ə kimi davam edəcək.

Həmin kateqoriyadan