- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Bakı şəhər gənclər və idman baş idarəsi (BŞGİBİ) və Azərbaycan üzgüçülük federasiyasının birgə təşkilatçılığı ilə su idman sarayında mini su polosu üzrə paytaxt kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 6 komanda mübarizə aparıb.
Açılışda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, BŞGİBİ-nin rəisi Raqif Abbasov, AÜF-in baş katibi Fərid Bənənyarlı çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar. Turnir açıq elan edildikdən sonra, dövlət himni səsləndirilib, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi 1-dəqiqəlik sükutla anılıb.
Dairəvi sistem üzrə keçirilən yarışda “145 qrup” komandası 1-ci olub. “Qarabağ Akvatik” 2-ci, “Partnyor qrup” 3-cü yer tutublar.
Turnirin sonunda idmançılar kubok, medal və diplomlarla təltif olunublar.