- Baxış sayı: 42
- 20 Yanvar 2026 12:55
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Lada” hücumçu Sergey Şumakovla müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, 33 yaşlı xokkeyçinin sözləşməsi 2025-26 mövsümünün sonuna kimidir. O, “Lada”da 7 nömrəli köynəyi geyinəcək.
Şumakov Çelyabinsk xokkey akademiyasının yetirməsidir və artıq 2023-24 mövsümündə “Lada”da çıxış edib. Hücumçu eyni zamanda “Sibir”, MOİK, “Avanqard”, “Avtomobilist”, “Traktor” və Minskin “Dinamo” klublarında da çıxış edib. Onun 594 KXL oyununda 317 xalı (154 qol, 163 məhsuldar ötürmə) var.