“Sumqayıt” azarkeşlərinə görə cəzalandı

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda premyer liqanın 16-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Səbail” “Araz-Naxçıvan”la oyunda komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilir (maddə 37);

“Sabah” – “Qarabağ” oyununda qonaq komanda azarkeşlərinin kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə 500 manat (maddə 43.7), pirotexniki vasitədən istifadə edildiyinə görə isə 1500 manat cərimə edilir (maddə 52.2);

“Kəpəz” – “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Gəncə klubu 800 manat cərimə edilir (maddə 73.1);

“Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 4 nəfər sarı vərəqə aldığına görə 700 manat (maddə 37), azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə isə 500 manat cərimə edilir (maddə 43.7);

Həmin kateqoriyadan