- Baxış sayı: 20
- 12 Mart 2025 20:38
- Baxış sayı: 79
- Mart 11, 2025
- 0
“Araz-Naxçıvan” premyer liqanın XXI turunda səfərdə “Sumqayıt”la heç-heçə edib – 0:0.
Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev bunu deyib:
“İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmadı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ aldıq.
“Sumqayıt” səfəri hər zaman çətin keçir. Təhlükəli komandadır. Vaqif müəllimin gəlişindən sonra bu komanda dinamik, aqressiv futbol oynayır. Komanda olaraq yaxşı iş görürlər. Qazanılan xala görə sevinməliyik. Çünki gedişat elə idi ki, uduza da, qələbə də qazana bilərdik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.
“Araz-Naxçıvan” heç bir oyunu müdafiədə keçirmir. Komandadan daha çox hücum etmək tələb olunur, oyun o üslubda qurulur.
80-ci dəqiqədə “Sumqayıt”ın qapısına penalti təyin olunmalı idi, ancaq nə VAR-dan çağıran oldu, nə də hakim qərar verdi. Komanda olaraq üzərinizə düşən meydandakı işimizdir. Futbolçularıma inanıram, möhkəm komandamız var”.