- Baxış sayı: 62
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0
“Sumqayıt” Futbol Klubu istirahəti başa vurub. Allsport.az xəbər verir ki, komanda Premyer Liqanın 2015/16 mövsümü üçün hazırlığa start verib.
“Kapital Bank Arena”da baş tutan ilk məşq günündə yeni transferlər – Ağabala Ramazanov, Emin Mehtiyev, Nuran Qurbanov və Məhəmməd Alıyev də iştirak edib. Komandanın növbəti məşqi bu gün saat 19:00-da start götürəcək. “Sumqayıt” FK iyulun 15-dən etibarən təlim-məşq toplanışına yığışacaq.
Xatırladaq ki, “Sumqayıt” FK hazırlığın ilkin mərhələsi dövründə 3 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 5-də “Kəpəz”, 9-da U-19 millisi və 11-də AzAL-la üz-üzə gələcək.