- Baxış sayı: 42
- 11 Mart 2026 22:35
- Baxış sayı: 41
- Mart 11, 2026
- 0

“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.
Allsport.az xəbər verir ki, “kimyaçılar” müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb.
26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində “33” nömrə ilə çıxış edəcək.
Danilo Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.