Sumqayıtda uşaq paralimpiya oyunları

Milli paralimpiya komitəsinin təşkilatçılığı, gənclər və idman nazirliyinin dəstəyi ilə əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində sosial xidmətlər agentliyinin Sumqayıt paralimpiya idman kompleksində uşaq paralimpiya oyunları keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, milli paralimpiya komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökümət, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

130-dan çox uşaq paralimpiyaçının iştirak etdiyi oyunlarda paracüdo, parastolüstü tennis, paraüzgüçülük, parapauerliftinq, boccia ilə yanaşı, parataekvondoçularımız da qüvvələrini sınayıblar.

Beynəlxalq dərəcəli referilərimiz Gündüz Abdullayev, Aygül Abdullayeva və Elşad Məmmədov uşaq paralimpiya oyunları çərçivəsində taekvondo yarışnda hakim kimi təmsil olunublar.

Həmin kateqoriyadan