- Baxış sayı: 22
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 36-cı turunun “İnter”lə qarşılaşmasında (3:1) dubla imza atan Məhəmməd Qurbanov klubun tarixinə düşüb. Allsport.az xəbər verir ki, o, “Gənclik şəhəri” təmsilçisinin ölkə çempionatları tarixində ən yaxşı bombardiri adına yiyələnib.
Qurbanov sumqayıtlıların heyətində 18-ci çempionat qolunu vurmaqla, klubun mütləq rekordçusuna çevrilib. Mövsümün son oyunu ərəfəsində rekord iki oyunçuya məxsus idi. Pərdis Fərcad-Azad və Məhəmməd Qurbanov hərəyə 16 qol vurmuşdu. Son görüşdə Fərcad 1, Məhəmməd 2 dəfə fərqlənib.
Beləliklə, klub tarixinin ən məhsuldar oyunçusu ünvanı 43 oyunda 18 dəfə fərqlənən Qurbanova keçib. 59 matçda 17 dəfə fərqlənən Pərdis 2-ci, 70 qarşılaşmada 14 dəfə rəqib qapısına yol tapan Orxan Əliyev 3-cü pillədə qərarlaşıb.