Sumqayıtın təmsilçisi Azərbaycan çempionu oldu

Dekabrın 24-dən 30-dək Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birincilikləri, böyüklər arasında Azərbaycan çempionatı başa çatəb.

Allsport.az xəbər verir ki, yarışda 78 klubdan 959 idmançı mübarizə apardı.
Yarışın yekununda ümumi hesabda Təhsil RİM (Sumqayıt) komandası birinci yeri tutdu. İkinci yerdə DGK İSM, üçüncü pillədə RUGİM qərarlaşdı. Göyçay və “Alpman” TK komandaları müvafiq olaraq 4-cü və 5-ci pillələrdə yer aldılar.

Həmin kateqoriyadan