- Baxış sayı: 65
- 22 Mart 2026 15:42
- Baxış sayı: 190
- Mart 25, 2026
- 0

“Sumqayıt” Futbol Klubu 2015/16 mövsümünün hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu iyulun 4-də “Kəpəz”ə qarşı keçirməli idi. Lakin qarşılıqlı razılıq əsasında həmin görüş bir gün sonra iyulun 5-nə keçiriləcək. Allsport.az xəbər verir ki, görüş saat 18:00-da “Dalğa Arena”da baş tutacaq.
Aqil Məmmədovun komandası 2-ci yoxlama oyununu iyulun 9-da 19 yaşadək futbolçulardan ibarət milli komandamıza qarşı keçirəcək. Həmin qarşılaşma saat 18:00-da “Kapital Bank Arena”da keçiriləcək.
“Sumqayıt” FK 3-cü yoxlama oyununda iyulun 11-də AZAL-la üz-üzə gələcək. Həmin görüş “Kapital Bank Arena”da saat 19:00-da start götürəcək.