Sumqayıtın “Uğur”u qızlar liqanın qalibi olub

AFFA-nın təşkil etdiyi yüksək qızlar liqasında mövsümə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Sumqayıtın “Uğur” komandası liqanın qalibi olub. “Qubek” (Balakən) ikinci, 8 №-li İOEUGİM (Bakı) üçüncü pilləni tutub.

Binə stadionunda keçirilmiş mükafatlandırma mərasimində komandalara mükafatları AFFA-nın qadın liqaları şöbəsinin rəhbəri Emin Cəfərov, Azərbaycan milli komandasının keçmiş üzvü Zaur Ramazanov və “Uğur” klubunun  rəhbəri Vasif Maşayev təqdim ediblər.

Liqanın bombardiri rəqib qapılarından 48 qol keçirən Sona Rəhimova (8 №-li İOEUGİM) olub. Ən yaxşı qapıçı Nərgiz Əliyeva (“Keşlə”), ən yaxşı oyunçu Vüsalə Hacıyeva (“Qubek”) seçilib. “Feyr pley” mükafatı “Uğur” komandasının üzvü Vüsalə Seyfəddinovaya təqdim olunub.

Həmin kateqoriyadan