- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Sabah” qarşılaşmasından (0:4) sonra Masazır təmsilçisinin baş məşqçisi Vastili Berezutskinin mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, rusiyalı mütəxəssis qarşılaşma haqda bunu deyib:
“Kubok oyunları asan olmur, həmişə çətin keçir. İlk oyunumuz 0:0 bitmişdi. Bu gün biz “Sumqayıt”la əvvəlki 2 oyunda vura bilmədiyimiz bütün qolları vurduq. Futbolçulara növbəti mərhələyə vəsiqə qazandıqlarına görə afərin düşür. Hamını qələbə münasibətilə təbrik edirəm”.
“Sabah” iki oyunun ümumi nəticəsində “Sumqayıt”ı 4:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib.