- Baxış sayı: 77
- 09 Mart 2025 11:11
- Baxış sayı: 48
- Aprel 24, 2025
- 0
«Yaş kateqoriyamı dəyişmişəm. Bu ildən etibarən «Synergy Baku» klubunun və 23 yaşlılardan ibarət millinin üzvüyəm. Bakı-2015-də idman elçisi olduğum üçün də çox xoşbəxtəm».
Bunu allsport.az saytına açıqlamasında gənc qoşaçarxçı Elgün Əlizadə dedi. Şose proqramında çıxış edən velosipedçi bildirdi ki, məşqçilər heyəti məqsədəuğun hesab etsə, o, ilk Avropa Oyunlarında mübarizə aparacaq:
«Bakı-2015-ə qatılsam, ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Cari mövsümdə «Synergy Baku»da debut edəcəyəm. Bu, mənim ustalıq səviyyəmin artmasına şərait yaradacaq».