- Baxış sayı: 57
- 15 Mart 2026 21:19
- Baxış sayı: 320
- Mart 16, 2026
- 0

Bu gün Azərbaycan voleybol federasiyasının oyun zalında qadınların yüksək liqasının 18-ci turunda debütant “Gənclər” son ölkə çempionu “Azərreyl”ə hər 3 setdə yenildi. Bununla da yeniyetmə voleybolçular üçün mövsüm bitdi.
Şahin Çatmanın tələbələri bu matçda yalnız ilk hissədə müqavimət göstərə bildi. Görüşün ən fəallarından biri orta sahə oyunçusu Sona Atayeva idi. Allsport.az saytına açıqlamasında o, ümumi mövsümü belə dəyərləndirdi:
“Bu mövsüm çox həyacanlı keçdi. Axı biz ilk dəfəydi yüksək dəstədə çıxış edirdik. Buna rəğmən, layiqli müqavimət göstərmək üçün əlimizdən gələni etdik. Mübarizliyə görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm. İlk setin əvvəlində hesabda irəlidəydik. Sonradan təşəbbüsü əldən buraxdıq. İtirdikdə, həvəs də aşağı düşdü.
“Gənclər” ancaq yerli voleybolçulardan ibarətdir. Təcrübə qazanmaq baxımından yaxşı fürsət oldu. İnkişaf etmək üçün çox məşq etməli və oynamalısan. Sipər qoyuluşunda bir az axsamalar vardı. Çalışacağam ki, gələn mövsüm bunu yaxşı edim”.