- Baxış sayı: 169
- 19 Yanvar 2025 17:17
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Dünya Güləş Birliyi (UWW – United World Wrestling) 2015-ci il yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Allsport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında 11 güləşçimizin adı daxil edilib.
Ötən ayın reytinqində ilk onluqda qərarlaşan güləşçilərimizin mövqeyində dəyişiklik baş verməyib. İlk 20-liyə isə, yeni 4 güləşçimizin adı əlavə edilib.
Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir.
Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb.
59 kq
16. Taleh Məmmədov – Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (13)
19. Murad Məmmədov – Paris Qran Pri turniri 3-cü yer (nr)
66 kq
7. Həsən Əliyev – DÇ 5-ci yer (7)
13. Kamran Məmmədov – Paris Qran Pri turniri 2-ci yer (nr)
71 kq
3. Rəsul Çunayev – DÇ 3-cü yer (3)
75 kq
5. Elvin Mürsəliyev – DÇ 3-cü yer (5)
11. Rafiq Hüseynov – Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (11)
85 kq
2. Saman Təhmasibi – DÇ 2-ci yer (2)
13. İslam Abbasov – Paris Qran Pri turniri 3-cü yer (nr)
98 kq
18. Orxan Nuriyev – Paris Qran Pri turniri 3-cü yer (nr)
130 kq
16. Sabah Şəriəti – Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (17)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.