Tələbələrə velosiped hədiyyəsi

Yanvarın 30-da gənclər və idman nazirliyinin təşəbbüsü, Azərbaycan velosiped idmanı federasiyasının dəstəyi ilə Gəncədə fəaliyyət göstərən iki ali təhsil müəssisəsinin – Gəncə dövlət universiteti və Azərbaycan texnologiya universitetinin tələbələrinə velosipedlər hədiyyə edilib.

Allsport.az xəbər verir ki, “Gənclər həftəsi”nə həsr olunmuş təqdimat mərasimində nazirlik, icra hakimiyyəti və universitet nümayəndələri, eləcə də tanınmış idmançılar çıxış edərək bildiriblər ki, ali təhsil müəssisələrinə velosipedlərin hədiyyə olunması artıq ənənə halını alıb.

Layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, ekoloji nəqliyyat vasitələrindən istifadənin təşviqi və velosiped mədəniyyətinin formalaşdırılmasıdır.

Həmin kateqoriyadan