- Baxış sayı: 57
- 17 Noyabr 2024 21:00
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Azərbaycan kanoe və avarçəkmə federasiyası BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası (COP-29) ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü keçirib.
Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyevanın da qatıldığı tədbirdə Dünya avarçəkmə federasiyasının (FİSA) prezidenti Jan-Kristof Rollan, Beynəlxalq kanoe federasiyasının prezidenti Tomas Konietsko, Beynəlxalq draqon qayıqları federasiyasının prezidenti Kladio Şermi, Asiya avarçəkmə federasiyasının və Qlobal kanal avarçəkmə federasiyasının fəxri prezidenti Vanq Şi, bu qurumun səlahiyyətli nümayəndəsi Ken Li, həmçinin COP-29 ilə əlaqədar Azərbaycana səfər edən 50-dən çox xarici qonaq iştirak edib. “Təmiz suda avar çək!” şüarı altında tədbir 17 noyabr – Milli Dirçəliş Günündə dənizkənarı bulvarda, “Bakı” avarçəkmə və kanoe idman klubunun yerləşdiyi ərazidə baş tutub.
Əvvəlcə ekoloji layihələrin qiymətləndirilməsi mövzusunda təqdimatlar həyata keçirilib. Çinin Şanxay şəhərindən gəlmiş məktəblilər hazırladıqları təqdimatlarda ətraf mühitin qorunması və iqlim dəyişikliyi mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin rəsmi açılış mərasimində AKAF-ın baş katibi Fərhad Əliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Sonda Jan-Kristof Rollan, Tomas Konietsko, Klaudio Şermi COP-29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayıblar. Gənclər və idman naziri Fərid Qayıbov “Təmiz suda avar çək!” yürüşünü açıq elan edib, ardınca xatirə hədiyyələri təqdim olunub.
Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra 50-dən çox müxtəlif avarçəkmə qayığında yerli idmançıların və fəxri qonaqların iştirakı ilə avarçəkmə yürüşü keçirilib. Avar çəkənlər arasında Dünya avarçəkmə federasiyasının (FİSA) prezidenti, Sidney-2000 yay olimpiya oyunlarının qalibi Jan-Kristof Rollan da olub.
“Təmiz suda avar çək!” yürüşünün keçirilməsində əsas məqsədi ekologiyanın, su hövzələrinin qorunması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsidir.