- Baxış sayı: 30
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Düşünürdüm ki, “Simurq”a məğlubiyyətdən sonra evdə “Qəbələ”ni məğlub edəcəyik. Amma oyunun ilk dəqiqələrindən hiss etdim ki, futbolçular mənim istədiyim kimi oynaya bilmir. Rəqib isə yüksək səviyyədə çıxış etdi.
Mən rəqibi layiqli qələbə münasibəti ilə təbrik edirəm. “Qəbələ” daha çox qol vura bilərdi. Futbolda qələbə də var, məğlubiyyət də var. Mən futbolçuları günahkar hesab etmirəm. Sadəcə, oyunumuz alınmadı. Bunu analiz edib, nəticə çıxarmalıyıq”.