Tərlan Əhmədov: “Zədəlilərin çox olması məni məyus edir”

AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bir müddətdir ki, qələbə qazana bilmirik. Zədəlilərin çox olması məni məyus edir. Viktor İqbekoyi, Aleksandr Şemonayev, Valeri Kutsenko kimi oyunçuların zədədən əziyyət çəkməsi heyətdə problemlər meydana gətirir. Viktorun əməliyyat olunacağı dəqiqdir, Kutsenko isə bu prosesə doğru gedir. Bu gün ilk onbirlikdə 7 yerli oyunçuya güvənmişdim. Oyunçulara tapşırıqlar vermişdim. Düşünürəm ki, futbolçuların gücü nəyə çatdırdısa, onu da etdilər. Sadəcə, iki səhv oyunun taleyini həll etdi. Qarşıdakı oyunlara baxmalıyıq”.

Həmin kateqoriyadan