- Baxış sayı: 46
- 23 Mart 2026 19:37
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Allsport.az xəbər verir ki, bununla əlaqədar olaraq, taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birincilikləri, böyüklər arasında Azərbaycan çempionatının dekabrın 26-na təyin olunmuş görüşləri təxirə salınaraq dekabrın 27-də keçiriləcək.
Bununla da yarışların son günü 29 dekabr deyil, 30 dekabr olaraq müəyyən edilmişdir.