- Baxış sayı: 45
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Yunanıstanda keçirilən “DTF Prezident Kuboku” davam edir. Allsport.az saytı xəbər verir ki, yarışı 2-ci gün taekvondoçularımız daha uğurlu nəticə göstəriblər. Ustalardan ibarət millinin liderlərindən olan Milad Beigi Hərçəqani (80 kq) bütün rəqiblərinə qalib gəlib.
Qadınlarda Fəridə Əzizova (67 kq) bürünc medal qazanıb. Gənclər arasında Cavad Ağayev (63 kq) 3-cü yer tutub. Xatırladaq ki, ilk gündə Yarpaq Əriş (57 kq) bürünc mükafata yiyələnmişdi.
Bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa sabah yekun vurulacaq.