- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rumıniya paytaxtı Buxarestdə rekord nəticə ilə Avropa çempionu olan yeniyetmə yunan-Roma güləşi üzrə millimiz bu gecə Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 8 medalla 175 xal toplayaraq aşkar üstünlüklə titulunu qoruyan komandamız Heydər Əliyev beynəlxalq aeroportunda böyük çoşğuyla qarşılanıb. Böyük məşqçisi Taleh İsrafilov uğuru belə şərh edib:
“2-ci dəfə Avropa çempionu olduq. Güləş ailəsi adından hamını təbrik edirəm. Bu qələbəni şəhidlərimizə həsr edirəm. 51, 65 və 71 kq-da da çempion ola bilərdik. Buraxdığımız səhvlər üzərində işləyib, onları aradan qaldırarıq.
Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb, Avropa çempionu olduq. İnşallah, bu uşaqlardan gələcəkdə olimpiya çempionları görə biləcəksiniz. Növbəti hədəfimiz dünya çempionatıdır. Rəhbərliklə məsləhətləşdikdən sonra hazırlıq planı barədə ictimaiyyətə məlumat verəcəyik”.