- Baxış sayı: 37
- 20 Aprel 2025 11:23
- Baxış sayı: 77
- Aprel 20, 2025
- 0
Slovakiyadaki Avropa çempionatına qızıl medal qazanan Nihat Məmmədli Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərə açıqlama verib.
Allsport.az xəbər verir ki, o, final görüşünün çətin keçdiyini bildirib:
“Yarışa yaxşı hazırlaşmışdıq. Tam olaraq çempionluğa köklənmişdim. Titulumu qorumaq üçün əlimdən gələni edəcəkdim. İstədiyim nəticəni ala bildim. Final çətin keçdi. Amma yenidən Avropa çempionu oldum. Dünya çempionatına hələ 5 ay var. Bir qədər fasilədən sonra məşqləri bərpa edəcəyik. Ötən il dünya və Avropa çempionu olmuşam. Məqsədim eyni nəticəni təkrarlamaqdır. Artıq bu hədəflərdən birinə nail oldum. İkinci hədəfə də nail olmaq üçün əlimdən gələni edəcəyəm. Çempionluğumu bizə dəstək olanlara həsr edirəm. Sosial şəbəkələrdə hər kəsə cavab verə bilməsək də, bütün şərhləri oxuyuruq. İnsanlar bizim üçün gözəl sözlər yazır. Bu da xoş təəssürat yaradır”.