- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
«Bürünc medal uğurda görüş çox ağır keçdi. Hesabda 1:3 geridə idim. Amma qələbəyə umidim vardı». Bunu Gənclər və İdman Nazirliyi ilə Güləş federasiyası tərəfindən Serbiyanın Novı Sad şəhərinə ezam olunmuş allsport.az saytının əməkdaşına Tatyana Omelçenko (60 kq) dedi. Gənc idmançının sözünə görə, ikinci hissədə dönüş yaratmaq üçün, lazımi fürsət gözləyib:
«Ukraynalı rəqibimi yaxşı tanıyırdım. Onunla 23 yaşlıların Avropa birinciliyində də qarşılaşmışdım. Bir məqamda badalaq fəndini atdım. Düzü, fənddən çox hesabı nə yolda olursa olsun, bərabərləşdirməyi düşünürdüm. Baş məşqçi də kənardan tapşırıq verirdi. Elə oldu ki, vəziyyəti tuta bildim. Sonda əks-fəndlə qələbəni tam təmin etdim».
Avropa çempionatının bürünc mükafatçısı qarşıdakı hədəflərini də açıqladı. Bildirdi ki, Tokio-2020-yə qədər əsas heyətdə möhkəmlənib, uğurun davamını gətirmək niyyətindədir:
«Artıq 2 ildir Azərbaycan millisində çıxış edirəm. Bu il 23 yaşım tamam olacaq. Hər şey ürəyimcədir. Böyüklər arasında bürünc medal, başlanğıc üçün yaxşı nəticədir. Hazırlığımı daha artırıb, yeni qələbələr uğrunda mübarizə aparacağam. Hədəfim Tokio olimpiadasına düşməkdir. Bunun üçün dünya çempionatlarında da öz sözümü demək istəyirəm».
Kamran HACI, Novı Sad (Serbiya)