Tatyana Smilovenko dünya kubokunda

Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə dünya kuboku keçiriləcək.

Allsport.az xəbər verir ki, yarışda 40 ölkədən 1000-ə yaxın idmançı 200, 500, 1000 və 5000 metr məsafədə mübarizə aparacaq.

Dünya kubokunda Azərbaycanı kanoe üzrə milli komandanın üzvü Tatyana Smilovenko təmsil edəcək.

Smilovenko 24-26 apreldə Adanada təşkil edilmiş “Bahar kuboku” beynəlxalq yarışında 1000 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizədə qızıl medala sahib olub.

Mayın 16-sı start götürəcək dünya kuboku iki gün davam edəcək.

Həmin kateqoriyadan