Tedesko oyun barədə danışdı

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko Avropa liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində İngiltərənin “Nottingem Forest” klubu ilə qarşılaşma öncəsi gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, mütəxəssis rəqibin baş məşqçi dəyişikliyindən sonra yeni motivasiya ilə çıxış edəcəyini vurğulayıb: “Rəqib komandanın yeni məşqçisi var, ona görə də onlar oyuna tam fərqli ruhda başlayacaqlar. Lakin bizim komandamız da çox motivasiyalıdır. Qarşıda bizi çox vacib matçın gözlədiyini bilirik. Öz meydanımızda qələbə ilə başlamaq üçün yaxşı imkanımız var”.

Tedesko səhvlərə yol verməməyin vacibliyini qeyd edib: “Yaxşı olar ki, oyunu ümumiyyətlə səhvsiz keçirək, əks halda rəqib bizi dərhal cəzalandıra bilər. İlk saniyədən sonadək maksimum konsentrasiyanı qorumalıyıq”.

“Fənərbağça” – “Nottingem Forest” matçı bu gün Türkiyədə keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Həmin kateqoriyadan