Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 240
- 19 Dekabr 2025 22:43


Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatı sona yaxınlaşır.
Allsport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib. Pəhləvanlar günü 1 gümüş və 2 bürünc medalla başa vurub.
Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə Çex Respublikası təmsilçisi Filip Bartoşikə heç bir imkan tanımayıb (8:0) və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb. Təəssüf ki, titulunu qoruya bilməyib və 1:3 hesabıyla məğlub olub. Beləliklə, Babaşov qitə birinciliyini gümüş medalla başa vurub.
Xasay Həsənli (77 kq) gündüz seansında təsəlliverici görüşə çıxıb. O, bolqarıstanlı Albert Doyevi 7:3 hesabıyla üstələyib. Həsənli axşam seansında isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medalı boynundan asıb.