- Baxış sayı: 268
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan memarlıq və inşaat universitetinin (AzMİU) təşkil etdiyi III “Zəfər” idman festivalı çərçivəsində ustad dərsi baş tutub. Allsport.az saytı xəbər verir ki, AzMİU İdman klubunda tutullu bahadırlar master-klass keçib.
Nəzəri hissədə sərbəst güləş üzrə 2-qat olimpiya mükafatçısı, 3-qat dünya və 4-qat Avropa çempionu Hacı Əliyev güləşdə qazandığı uğurlardan və bu uğurlara gedən yoldan danışmaqla yanaşı, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıb.
Praktiki hissədə isə yunan-Roma güləşi üzrə 4 qat dünya, 2-qat Avropa çempionu Eldəniz Əzizli müxtəlif fəndlərin icrasını nümayiş etdirib. Xalça üzərində tarix yazan güləşçilərimiz bildiriblər ki, uğurlu idmançı olmaq üçün yalnız zalda məşq etmək kifayət etmir, bunda təhsil və mənəvi inkişaf da mühüm rol oynayır.
Tədbirin sonunda isə tanınmış idmançılarımız tələbələrin müxtəlif suallarını cavablandırıb.