- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0
Olimpiya çempionu Toğrul Əsgərov 4-cü İslam həmrəyliyi oyunlarında çıxış etməyəcək. Allsport.az saytı xəbər verir ki, bunu sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov dedi. Onun sözünə görə, titullu bahadırımız “Pəncab Royals” klubunun heyətində ciddi zədə alıb:
«Toğrul Əsgərov Hindistan Peşəkar Güləş Liqasında boyun nayihəsindən ağır zədələnib, çox güman, əməliyyat olunacaq. Belədə o, xeyli müddət güləşməyəcək. Məşqləri bərpa edəndən sonra, artıq 65 kq-da çıxış etməyəcək. Bu çəkidə milli komandanın digər aparıcı idmançısı Hacı Əliyev mübarizə aparacaq. Ona həmin çəkidən güləşmək rahatdır».