Toğrul Əsgərov Avropanın ən yaxşı kişi idmançısı adını aldı

2012-ci il London Yay Olimpiya oyunlarının qalibi sərbəst güləşçimiz Toğrul Əsgərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb. Allsport.az xəbər verir ki, sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələrinin Assosiyasiyasının Baş assambleyasında Avropa qitəsi üzrə ən yaxşı kişi idmançısı adına layiq görülüb.

Qeyd edək ki, oktyabrın 26-dan öz işinə başlayan Assambleyada Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.

Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitələrinin Assosiyasiyası 206 Olimpiya Komitələrini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.

12187755_10153186238355823_5009241329663440506_n

 

Həmin kateqoriyadan