- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Məşqlər aylardır intensiv şəkildə davam edir. Olimpiadaya çox az vaxtımız qalıb. Məşqçilər və federasiya rəhbərliyi üzərimizdə çox çalışır. Hər şeylə təmin olunmuşuq. Arzumuz Rio-de-Janeyrodan Vətənə qızıl medallarla qayıtmaq, ölkəmizin bayrağını yüksəklərə qaldırmaqdır”. Allsport.az saytı xəbər verir ki, bu sözü 0limpiya və qitə çempionu, ilk Avropa Oyunlarının qalibi Toğrul Əsgərov deyib.
Titullu bahadır qarşıdakı hədəfini də açıqlayıb: “Ölkəmizdə ikiqat Olimpiya çempionu yoxdur. İstəyim, hədəfim odur ki, ikinci dəfə Azərbaycana qızıl medal bəxş edim və tarixə düşüm. Olimpiadada qızıl medal qazanmaq hər bir idmançının arzusudur. Bunun üçün də səylə çalışırıq”.
Qeyd edək ki, Rio Yay Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək.