- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə qran-priyə start verilib. Allsport.az saytı xəbər verir ki, milli komandalarımız yarışa inamlı başlayıblar.
“Klassiklər”də Rafiq Hüseynov (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərbəst güləşdə olimpiya çempionumuz Toğrul Əsgərov heç kimə aman verməyib. 86 kq-da Azərbaycan finalı yaşanıb. Gərgin tutaşmada Nurməhəmməd Hacıyev London-2012-nin qalibi Şərif Şərifovu üstələyib. Digər qızıl medalı Xetaq Qazyumov (97 kq) qazanıb.
Yunan-Roma
75 kq
1/8 final – Rafiq Hüseynov – Berq Sebastlan (SWE) 9:0
1/4 final – Varga Oldrich(CZE) – Rafiq Hüseynov 2:9
1/2 final – Vilson Jayson (USA) – Rafiq Hüseynov 2:12
FİNAL – Rafiq Hüseynov – Çingiz Labazanov (RUS) 6:4
Sərbəst güləş
65 kq
1/4 final – Dorn Niklas (GER) –Toğrul Əsgərov 0:10
1/2 final – Toğrul Əsgərov – Mustafa Zopalı (TUR) 10:0
FİNAL – Frank Molinaro (USA) – Toğrul Əsgərov 4:9
86 kq
1/16 final – Amarhaly Mahammadau (BLR) – Nurməhəmməd Hacıyev 4:7
1/8 final – Kaufmehl Maykl (GER) – Nurməhəmməd Hacıyev 2:12
1/8 final – Şərif Şərifov – Konstantin Volk (GER) 10:0
1/4 final – Jden Cok (USA) – Şərif Şərifov 2:6
1/4 final – Jeizerzans Sebastian (POL) – Nurməhəmməd Hacıyev 0:10
1/2 final – Adilet Davlumayev (KAZ) – Şərif Şərifov 4:8
1/2 final – Zbiqnev Baranovski (POL) – Nurməhəmməd Hacıyev 0:5
FİNAL – Şərif Şərifov – Nurməhəmməd Hacıyev 0:5
97 kq
1/8 final – Xetaq Qazyumov – Nobl Jordan (FRA)11:0
1/4 final – Xetaq Qazyumov – Sərdar Bone (TUR) 10:0
1/2 final – Kyle Snyder (USA) – Xetaq Qazyumov 1:2
FİNAL – Radoslav Baran (POL) – Xetaq Qazyumov 0:5