- Baxış sayı: 8
- 18 Mart 2026 17:27
- Baxış sayı: 295
- Mart 16, 2026
- 0

“Mançester Yunayted” komandası “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək üçün hərəkətə keçib.
Allsport.az xəbər verir ki, Mançester təmsilçisi komandadan ayrılması gözlənilən Kazemironun yerini italiyalı futbolçu ilə doldurmağı planlaşdırır.
“Nyukasl” 2029-cu ilə qədər müqaviləsi olan ulduz futbolçusunu satmaq niyyətində deyil. Klubun Tonali üçün 100 milyon funt-sterlinqdən çox təzminat tələb edəcəyi bildirilir.
“Nyukasl” rəhbərliyi hər ehtimala qarşı “Monako”dan Lamine Kamara və “Renn”dən Djaui Sisse kimi alternativləri izləməyə başlayıb. “Mançester Yunayted”in siyahısında isə Elliot Anderson (“Nottingem Forest”), Adam Uorton (“Kristal Pəlas”), Karlos Baleba (“Brayton”) və Lusyen Aqume (“Sevilya”) kimi oyunçular yer alır.