“Tonalini satdığımız zaman ölümlə təhdid olunurdum”

“Milan”ın baş direktoru Giorgio Furlani açıqlama verib.

Allsport.az xəbər verir ki, o, “rossonerilər”ə qarşı olan təzyiqlərdən danışıb:

“Mən medianın və azarkeşlərin klubumuz haqqında dediklərindən qaynaqlanan qeyri-sabitlikdən xəbərdar idim, amma bilirdim ki, televiziyada deyilənlərdən və ya qəzetlərdə yazılanlardan qaçmaq mümkün deyil. Bu, həqiqətən də çətin günlərdə ağır olur. Amma ən pisi kimdənsə ölüm təhdidi almaqdır. Ən yaxşı oyunçularımızdan biri olan Tonalini satdığımız zaman mən təhdid olunurdum. Bu cür anlarda nələr etməli olduğunu heç Harvard biznes məktəbində öyrətmirlər”.

“Milan” Tonalini 2023-cü ilin yayında “Nyukasl Yunayted”ə satmışdı.

Həmin kateqoriyadan