Topaz Premyer Liqasında yeni mövsümün ilk cəzaları

Bu gün AFFA İntizam Komitəsinin yeni mövsümdə ilk iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi” – “Kəpəz” matçının 70-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində “Neftçi”nin, 71-ci dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunub.

“Rəvan” – “Sumqayıt” matçının 40-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Ağabala Ramazanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” matçının 73-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Həmin kateqoriyadan