- Baxış sayı: 74
- 09 Dekabr 2025 11:52
- Baxış sayı: 45
- Dekabr 16, 2025
- 0

“Kolorado” komandasının hücumçusu Arturi Lehkonen NHL-in adi mövsümündə “Sitl” ilə oyunda başını lövhələrə vuraraq xəstəxanalıq olub.
Allsport.az xəbər verir ki, görüş cümə axşamı Denverdə baş tutub və 4:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Finli oyunçu ikinci hissənin 12-ci dəqiqəsində zədələnib.
“Sitl”in müdafiəçisi Ceymi Oleksiakla toqquşduqdan sonra o, müvazinətini itirib, buza yıxılıb və başını kort hasarına çırpıb, bundan sonra oyunu davam etdirə bilməyib.
“Kolorado” klubunun məlumatına görə, Lehkonen artıq özünə gəlib, lakin hər ehtimala qarşı müayinə üçün xəstəxanaya aparılıb.