- Baxış sayı: 66
- 26 Mart 2026 10:55
- Baxış sayı: 39
- Mart 27, 2026
- 0

“Nijni Novqorod”un “Torpedo”su, KXL-in adi mövsüm matçında Vladivostokda “Admiral”ı məğlub edib. Allsport.az saytı xəbər verir ki, 21-ci dəqiqəyə qədər meydan sahibləri Yeqor Petuxov və Daniil Qutikin qolları sayəsində 2:0 önə keçiblər.
Bununla belə, 2-ci dövrənin sonuna kimi “Nijni Novqorod” təmsilçisi hesabı bərabərləşdirib – Kirill Voron dubl edib. 3-cü 20 dəqiqədə “torpedolular” əzmkar qələbə qazanıb (4:2). Dmitri Breus və Nikita Artamonov fərqləniblər.