- Baxış sayı: 35
- 02 Mart 2026 14:58
- Baxış sayı: 126
- Mart 01, 2026
- 0

“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaxer rəsmən “Tottenhem”in oyunçusu olub.
Allsport.az xəbər verir ki, 25 yaşlı ingiltərəli futbolçu ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Transferin məbləği 40 milyon avro təşkil edib.
Qallaxer yeni klubunda 22 nömrəli köynəyi geyinəcək. Cari mövsümün ilk yarısında “Atletiko”da 27 oyuna çıxan futbolçunun debütünün yaxın günlərdə baş tutacağı gözlənilir.