- Baxış sayı: 41
- 05 Mart 2026 22:39
- Baxış sayı: 176
- Mart 05, 2026
- 0

“Tottenhem”in qapıçısı Culyelmo Vikario yay transfer pəncərəsində premyer liqanı tərk etmək niyyətindədir.
Allsport.az xəbər verir ki, italiyalı qolkiper karyerasını “İnter”də davam etdirməyə müsbət yanaşır.
Milan təmsilçisi onu müqaviləsi başa çatan Yann Zommerin əvəzedicisi hesab edir və artıq futbolçunun nümayəndələri ilə ilkin təmaslara başlayıb.
London klubunun cari mövsüm premyer liqanın aşağı sıralarında qərarlaşması Vikarionun komandadan ayrılmaq istəyini daha da gücləndirib.