- Baxış sayı: 33
- 26 Mart 2026 11:58
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

“Tottenhem”in müdafiəçisi Kristian Romeronun müqaviləsində İspaniya nəhəngləri üçün xüsusi şərt aşkar olunub.
Allsport.az xəbər verir ki, “Real Madrid”, “Barselona” və ya “Atletiko Madrid” 27 yaşlı argentinalını 60 milyon avro ödəməklə transfer edə bilər. Hazırda bu keçiddə ən maraqlı tərəf “Atletiko”dur. Romeronun özünün də karyerasını la liqada davam etdirmək üçün artıq ilkin addımlar atdığı bildirilir.
2022-ci ildən London klubunda çıxış edən dünya çempionu ümumilikdə 155 matçda 13 qol vurub.