- Baxış sayı: 22
- 05 Dekabr 2025 16:20
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Tovuz şəhər stadionunda yer alan təlim-tədris meydançalarından birinə şəhid futbolçu İlqar Zeynallının adı verilib. Allsport.az saytı xəbər verir ki, bununla bağlı tədbir keçirilib.
Toplantıda klub nümayəndələri ilə yanaşı şəhid İlqar Zeynallının atası Ayaz Zeynalov, qardaşı Sənan Zeynalov, şəhid ailələri, qazilər, azarkeşlər də iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra stadion ərazisində şəhidlərimizin xatirəsinə bulaq kompleksinin də açılışı olub. Şəhid ailələri göstərilən diqqətə görə öz minnətdarlığını bildirib.