Tümenə 6 güləşçi ilə

24-25 sentyabrda Tümen vilayətinin eyniadlı şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil ediləcək yarışda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları iştirak edəcək.

Ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi – 63 kq), Ülvü Qənizadə, Faiq Səfərli (72 kq) və Qurban Qurbanov (82 kq) təmsil edəcək.

Komandamız sabah Rusiyaya yollanacaq.

Həmin kateqoriyadan